Futbol üzrə Braziliya yığmasının və Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Bruno Gimaraynş koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə 23 yaşlı futbolçu “instagram” hesabında paylaşım edib.

O, ailə üzvləri ilə birlikdə koronavirusa yoluxduqlarını və 10 günlük karantində qalacaqlarını bildirib.

Braziliya yığmasına da dəvət alan Bruno, Lion klubunun “Renn” və “Lans”a qarşı keçirəcəyi oyunları buraxacaq.

Bruno bu mövsüm “Olimpik”də 16 oyuna 1 qol vurub. Yarımmüdafiəçi Braziliya yığmasında 1 oyuna çıxıb.

Shares: