Fransanın PSJ klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisini bundan sonra “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino çalışdıracaq.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Argentinalı 48 yaşlı mütəxəssislə 2022-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Poçettino PSJ-də ötən ilin sonlarında istefaya göndərilmiş Tomas Tuxeli əvəz edib.
Poçettino 2001-2003-cü illər aralığında futbolçu kimi də PSJ-də çıxış edib. O, bu komandada 95 oyun keçirib.