Niderlandlı mütəxəssis Cimmi Floyd Hasselbaynkın yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bundan sonra İngiltərənin “Berton Albion” klubuna baş məşqçilik edəcək.
Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hasselbaynkla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Hasselbaynk son olaraq İngiltərənin “Northempton” komandasını çalışdırıb.