İtaliyanın “Spetsiya” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Matteo Riççi və Cennaro Akamporadan götürülmüş COVİD-19 testlərinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlar bir müddət karantində qalacaqlar.
İtaliyanın “Benevento” klubunda da üç nəfərin koronavirusa yoluxduğu üzə çıxıb. Klubdan verilən məlumata görə, iki tibb işçisi, eləcə də baş məşqçi Filippo İnzaqinin bir köməkçisinin COVİD-19 testi pozitiv çıxıb.