Ekvadorun “İndepentyente del Valye” klubunun futbolçusu Moyses Kaysedo karyerasını İngiltərədə davam etdirəcək.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi yaxın günlərdə “Mançester Yunayted”lə rəsmi müqavilə imzalayacaq.
Premyer Liqa klubu yarımmüdafiəçi üçün Ekvador təmsilçisinə 4 milyon avro və əlavə bonuslar ödəyəcək. Kaysedo “qırmızı şeytanlar”la müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayacaq.
Moyses Ekvador yığmasında 4 oyuna 1 qol vurub.