“Qalatasaray”ın sabiq futbolçusu Barış Özbek “Survivor” yarışmasına qatılacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə, keçmiş yarımmüdafiəçinin “Survivor” yarışmasının yeni mövsümündə iştirak edəcəyi bildirilib.

2007-2011-ci illər aralığında “Qalatasaray”da çıxış edən Özbek, son olaraq “Fatih Karagümrük” klubunun uğurları üçün çalışıb. Yarımmüdafiəçi ötən ilin dekabrında karyerasını bitirib.

Shares: