Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” doğma meydanda “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı oyunda qələbəni qonaqlar bayram ediblər.

“Lester Siti” isə səfərdə “Nyukasl”dan üstün olub.

İngiltərə Premyer Liqası
17-ci tur
1 yanvar

Everton – Vest Hem 0:1
Qol: Souçek, 86.

Mançester Yunayted – Aston Villa 2:1
Qol: Marsyal, 40. B.Fernandes, 61-pen – Traore, 58.

2 yanvar

Tottenhem – Lids 3:0
Qol: Keyn, 29. Son, 43. Alderveyreld, 50.

Kristal Pelas – Şeffild Yunayted 2:0
Qol: Şlupp, 4. Eze, 45+6.

Brayton – Vulverhempton 3:3
Qol: Konnolli, 13. Maupay, 46-pen. Dank, 70 – Saiss, 19. Börn, 34-öz qapısına. Neves, 44-pen.

Vest Bromviç – Arsenal 0:4
Qol: Tirni, 23. Saka, 28. Lakazette, 60; 64.

3 yanvar

Bernli – Fulhem matçı təxirə salınıb

Nyukasl – Lester 1:2
Qol: Kerrol, 82 – Meddison, 55. Tilemans, 72.

Çelsi – Mançester Siti 1:3
Qol: Hadson-Odoi, 90+2 – İ.Gündoğan, 18. Foden, 21. De Breyne, 34.

4 yanvar

00:00 Sauthempton – Liverpul

Shares: