Nicat Qurbanov Gürcüstanın “Samtrediya” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstan təmsilçisi Nicata xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Maraqlıdır ki, “Samtrediya”nın mətbuat xidməti Nicatın yeni klubunun da adını açıqlayıb. Gürcülər Qurbanovun karyerasını “Keşlə”də davam etdirəcəyini bildiriblər. Lakin Azərbaycan klubu hələ bu transferi rəsmən açıqlamayıb.

Xatırladaq ki, Nicat Qurbanov 2019-cu ildən “Samtrediya”da çıxış edirdi.

Shares: