Türkiyənin “Trabzonspor” klubu yarımmüdafiəçisi Bilal Başacıkoğlu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xəbərdə futbolçuya heç bir təzminat ödənilməcəyi də vurğulanıb.

Qeyd edək ki, Bilal Başacıkoğlu 2020-ci ilin yanvar ayından “Trabzonspor”un uğurları üçün çalışırdı. Onun klubla 2022-ci ilin may ayına kimi müqaviləsi var idi.

Bilal Başacıkoğlu daha öncə Niderlandın “Herenven”, “Feyenoord”, eləcə də Türkiyənin “Kayserispor” klublarının da uğurları üçün çalışıb.

Shares: