İngiltərənin “Arsenal” klubu müdafiəçisi Rob Holdinqlə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 25 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni anlaşma imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, karyerasına “Bolton”da başlayan ingilis futbolçu 2016-cı ildən London klubunda çıxış edir. O, London klubunda 96 rəsmi matçda meydana çıxıb və 2 qol vurub. Holdinq bu mövsüm “topçular”ın heyətində 18 matça çıxıb.

Shares: