“Qəbələ”nin sabiq futbolçusu İviça Juniçin yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, ötən ilin yayında “qırmızı-qaralar”dan ayrılan xorvat müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.
32 yaşlı futbolçu “Rapid”lə 1.5 illik müqavilə imzalayıb. Bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, İviça Juniç 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər “Qəbələ”nin formasını geyinib. O, daha sonra Rumıniyanın ÇFR (Kluj) klubuna keçsə də, orada çox qalmayıb.