Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Milan” doğma meydanda “Torino” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Milan” 1/4 finala yüksələn ilk komanda olub.

İtaliya Kuboku
1/8 final
12 yanvar

Milan – Torino 0:0 (penaltilər 5:4)

13 yanvar

18:00. Fiorentina – İnter
20:45. Napoli – Empoli
23:45. Yuventus – Cenoa

14 yanvar

20:30. Sassuolo – SPAL

15 yanvar

00:15. Atalanta – Kalyari

20 yanvar

00:15. Roma – Spetsiya

22 yanvar

00:15. Latsio – Parma

Shares: