“Sabah” Futbol Klubu Abbas Ağazadə ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Abbas 2019-cu ildən “Sabah”da çıxış edirdi.
“Sabah” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.