Futbol üzrə İspaniya Super Kubokunda ilk yarımfinal görüşü keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk qarşılaşma “Real Sosyedad”la “Barselona” arasında baş tutub.

Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Barselona” ilk finalçı olub.

Digər finalçının adına “Real” – “Atletik” görüşündə aydınlıq gələcək.

İspaniya Super Kuboku
Yarımfinal
13 yanvar

Real Sosyedad – Barselona 1:1 (penaltilər 2:3)
Qol: Oyarzabal, 51-pen – De Yonq, 39.

14 yanvar

00:00. Real – Atletik

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp