Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bavariya”nın hücumçusu Leon Dayakunu heyətinə qatıb.

Bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Union” 19 yaşlı hücumçunu birdəfəlik almaq şərti ilə icarəyə götürüb.

“Ştutqart”ın yetirməsi olan Dayaku, 2019-cu ildən “Bavariya”da çıxış edirdi. Alman futbolçu bu mövsüm Münhen təmsilçisinin əsas komandasında 1 oyuna çıxıb.

Shares: