“Real” keçirdiyi son oyunda İspaniya Super Kubokunun yarımfinal mərhələsində “Atletik”ə məğlub olaraq (1:2) mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, bu, “kral klubu”nun cari mövsümdəki 25-ci oyunu olub.
“Real” bu oyunların 14-də qalib gəlib, 6 dəfə məğlub olub və 5 dəfə bərabərliyə razılaşıb. Bu göstərici baş məşqçi Zinəddin Zidanın fəaliyyəti dövründə ən pis başlanğıcdır.
La Liqada 18 oyundan sonra 37 xal toplayan “Real” turnir cədvəlinin 2-ci pilləsindədir.