Futbol üzrə Azərbaycan yığmasının qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko bundan sonra Rusiyanın ÇSKA klubunda çalışacaq.
Futbolinfo.az xəbər verir ki, o, Moskva təmsilçisində də qapıçılarla iş üzrə məşqçi vəzifəsində çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssis kollektivlə birgə bu gün İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.
Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonlarında digər məşqçi Viktor Onopko ilə birgə “hərbçilər”i tərk edib.
Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə ÇSKA-nın formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. Mərhum qapıçı Sergey Kramarenkonun oğlu “Neftçi”, “Karvan”, “Xəzər Lənkəran”, “İnter” və “Simurq”dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.