“Sumqayıt” 2 futbolçu ilə vidalaşır. Gözlənildiyi kimi, Adəm Həmati və Kərəm Sultanov 2021-ci ildə “kimyaçılar”ın formasını geyməyəcək.

Komandaya yayda qoşulan milliləşdirilmiş cütlük “Sumqayıt”da əsas heyətə həsrət qalmışdı. Bu səbəbdən onların yola salınması qərara alınıb. Yeni futbolçuların gəlişindən sonra oynaması ümumiyyətlə, çətin görünən futbolçular taleyi ilə barışıb.

Klub rəhbərliyi artıq Kərəmlə müqaviləni pozmaq üçün razılığa gəlib. Adəmin gedəcəyi də dəqiqdi, sadəcə, onunla sonuncu dəfə söhbət etmək lazım gələcək. Yayadək olan anlaşmalara qarşılıqlı razılıqla xitam verən tərəflər maliyyə ilə bağlı detalları gizli saxlayır.

Shares: