Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Macarıstan yığmasının və Kiprin “Apollon” (Limassol) klubunun mərkəz müdafiəçisi Attila Salaini transfer edib.

“Fənərbaxça” Attilanın İstanbula gəldiyini və onun tibbi müayinədən keçdiyini bəyan etsə də, tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələ açıqlanmayıb.

Vyana “Rapid”inin yetirməsi olan Salai, 2019-cu ildən “Apollon”da çıxış edirdi. 22 yaşlı müdafiəçi Macarıstan yığmasında 8 oyun keçirib.

“Fənərbaxça” Salaidən əlavə, Almaniya yığmasının sabiq üzvü, London “Arsenal”ının yarımmüdafiəçisi Mesut Özili də heyətinə qatmağa yaxındır. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Özilin də bu gecə İstanbula gələcəyi və tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacağı bildirilir.

Shares: