Futbol üzrə İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli” “Fiorentina”nı sınağa çəkib və 6 cavabsız qola sevinib.
“Atalanta” “Cenoa”nı qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Turun mərkəzi görüşü Milanda oynanılıb. Turnir cədvəlinin 2-cisi “İnter” son illərin dəyişməz çempionu “Yuventus”u qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
İtaliya A Seriyası
18-ci tur
15 yanvar
Latsio – Roma 3:0
Qol: İmmobile, 14. L.Alberto, 23; 67.
16 yanvar
Bolonya – Verona 1:0
Qol: Orsolini, 19-pen.
Torino – Spetsiya 0:0
Sampdoriya – Udineze 2:1
Qol: Kandreva, 67-pen. Torreqrossa, 81 – De Paul, 55.
17 yanvar
Napoli – Fiorentina 6:0
Qol: İnsinye, 5; 72-pen. Demme, 36. Lozano, 38. Zelinski, 45. Politano, 89.
Sassuolo – Parma 1:1
Qol: Dyuriçiç, 90+5 – Kuçka, 37.
Krotone – Benevento 4:1
Qol: Qlik, 5-öz qapısına. Simi, 29; 54. Vuliç, 65 – Falke, 82.
Atalanta – Cenoa 0:0
İnter – Yuventus 2:0
Qol: Vidal, 12. Barella, 52.
18 yanvar
23:45 Kalyari – Milan