Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək millinin düşərgəsinə 20 futzalçı dəvət olunub:
- Ramiz Çovdarov – Araz
- Rövşən Hüseynli – Araz
- Emin Kürdov – EKOL
- Rizvan Fərzəliyev – Araz
- İsa Atayev – Araz
- Xətai Bağırov – Araz
- Hadi Ahmadi – Araz
- Amir Şojae – Araz
- Fineo De Arauxo – Araz
- Oqtay Rüstəmli – Neftçi
- Tofiq Mikayılov – EKOL
- Oruc Bəxşəlizadə – Neftçi
- Kənan Manafov – Neftçi
- Samir Həmzəyev – EKOL
- Nihad İsmayılov – klubsuz
- Oliveira Villiams “Vassoura” – klubsuz
- Eduardo Borges – Halle Gooik (Belçika)
- Everton Kardoso “Qalo” – Levante (İspaniya)
- Rafael Vilela – Palma Futsal (İspaniya)
- Teles Martins Tyaqo “Bonilla” – Salines Tuzla City (Bosniya və Herseqovina)