Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə polşalı jurnalist Matyuş Şveçiçki sosial şəbəkə hesabında məlumat verib.

O, 65 yaşlı mütəxəssislə əlaqə saxladığını bildirib: “De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb”.

İtalyan baş məşqçinin 2016-cı il Avropa çempionatından sonra da Polşa yığmasına rəhbərlik etməsi planlaşdırılıb. Lakin həm AÇ-2016, həm də DÇ-2018-dən sonra De Byazinin təyinatı gerçəkləşməyib.

Polşa yığmasının baş məşqçisi Yeji Bjençek yanvarın 18-də istefaya göndərilib. Onu əvəzləməyə əsas namizədlər arasında Marko Campaolo da var.

Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatacaq.

Shares: