“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Ağdam klubu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

İbrahimov 15 ildən sonra “Qarabağ”dan ayrıldığını yazıb: “15 illik “Qarabağ” macəram başa çatdı. Bu cümlənin ağırlığı həyatımın hardasa yarısı qədər olan zamanının 1 göz qırpımındakı çəkisinə bənzəyir. Amma hər başlanğıcın sonu qaçılmaz olur(muş) və mən də 15 il sonra geridə qalan illərin titrətdiyi barmaqlarımı bunu yazmağa məcbur etməliyəm. Həyatımın ən ağır mesajını yazmaq gücünü tapmaq, o sözlərin udğuntusunu ifadə etmək hər damlada yatan xatirələrin sızıntısı qədər təsvirounmazdır…”.

Qeyd edək ki, UEFA Vətən müharibəsi zamanı “Facebook”da ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 000 avro məbləğində cərimələnib.

Shares: