Polşanın “Zaqlembe” klubu “Qarabağ”ın futbolçusu Mahir Emreliyə sərfəli müqavilə təklif edib.

Matc.az xəbər verir ki, bu barədə polşalı jurnalist Pyotr Kozminski “Tvitter” hesabında məlumat paylaşıb.

O, Mahirə təklif olunan məbləği göstərməsə də, 24 yaşlı hücumçuya görə “Qarabağ”ın qarşı tərəfdən 200 min avro təzminat istədiyini iddia edib.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Mahir Emrelinin “Qarabağ”la bu ilin yayınadək müqaviləsi var.

Shares: