“Çox meydana çıxmadığım üçün klubdan ayrılmaq qərarı verdim. Meydanda olmadığım yerdə qalmaq mənim üçün uyğun deyildi” – bu sözləri “Keşlə”dən ayrılan Alvaro Tavareş deyib.

O, futbolinfo.az saytına açıqlamasında Bakı klubdan vaxtından əvvəl ayrılmasını şərh edib: “Xüsusi bir problem yox idi. Futbol oynamağı çox sevdiyim üçün oranı tərk etdim. Ukraynada oynadığım müddətdə klubumda 40 matç keçirmişdim, yaxşı karyeram var idi. Yaxşı futbolçu olduğumu və meydanda yerimi almalı olduğumu bilirəm. Məşq etdim, çalışdım, şans veriləndə bacardığımı ortaya qoydum. Amma oynamaq fürsəti verilmədi. Sadəcə, mənə niyə şans verilmədiyini başa düşə bilmirəm. Bir neçə dəfə bununla bağlı klubdan soruşdum. Dedilər ki, legioner limitinə görə sənə şans verə bilmirik. Mən də oynamamağımla razılaşmadım və ayrıldım. “11-lik”də olmaq üçün hər şeyə sahib idim”.

Shares: