Futbol üzrə Fransa çempionatında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, Marsel “Olimpik”i doğma meydanda “Lans”la qarşılaşıb.
Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar bu oyundan qalib ayrılıblar.
Bu qələbədən sonra xal hesabını 31-ə çatdıran “Lans” 7-ci pilləyə yüksəlib. 32 xalı olan “Olimpik” isə 6-cıdır.
Fransa, Liqa 1
9-cu tur
20 yanvar
Olimpik (Marsel) – Lans 0:1
Qol: Banza, 59.