Polşa milli komandasından təklif aldığı deyilən Azərbaycan milli komandasının baş məşqçisu Canni de Byazi açıqlama verib.
Futbolinfo.az saytına danışan italiyalı çalışdırıcı bu xəbəri şərh etmək istəmədiyini deyib: “Bu barədə heç bir şərhim yoxdur. Sadəcə, Polşada ötən ilin noyabrında bir sorğu keçirilib. Sorğuda kimin milli komandanın baş məşqçi olması barədə sual verilib və mənim adım da orada yer alıb. Burada mənim haqqımda danışılıb və səs verənlərin 93 faizi mənə səs verib. Başqa heç nə bilmirəm. Mən sadəcə, 2 il yarım öncə Polşa Futbol Federasiyasının rəhbəri Zbiqnev Boneklə danışmışam, o zaman təklif var idi. Lakin onlar başqa məşqçini seçdilər”.