Bosniya və Herseqovinanın “Sarayevo” klubunun futbolçusu Amar Rahmanoviç karyerasını Türkiyədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Konyaspor” klubuna keçib.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rahmanoviçlə 1.5+1 şərti ilə müqavilə imzalanıb.

Bosniya və Herseqovina milli komandasının da üzvü olan Rahmanoviçin adı ötən ilin yayında “Qarabağ”la hallansa da, futbolçunun Ağdam klubuna keçidi baş tutmamışdı.

Shares: