Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”dan Fusseni Diabateni icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Malili müdafiəçi mövsümün sonuna kimi “Göztəpə”nin uğurları üçün çalışacaq.
Fransada “Reyms”, “Genqam” və “Ayaçço” klublarında forma geyindikdən sonra 2017/18 mövsümündə İngiltərənin “Lester Siti” klubuna transfer olan Diabate, “Sivasspor” və “Amyen”də də icarədə oynayıb. O, mövsümün əvvəlindən “Trabzonspor”da çıxış edir.