Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.
Futoblinfo.az xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcək. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən Knyaz Əmiraslanov olacaq.
Fevralın 2-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyununun da hakimləri bəlli olub. Bu oyun isə Niderlanddan olan hakimlərə tapşırılıb. Duelin birinci hakimi İbrahim El Jilali, ikinci referisi isə Lars Van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.