Futbol üzrə Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Lider “Beşiktaş” bu tur çərçivəsində səfərdə “Fatih Karagümrük”ün qonağı olub və darmadağına sevinib.
“Fənərbaxça” isə “Sivasspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda heç-heçəyə razılaşıb.
Türkiyə Super Liqası
20-ci tur
19 yanvar
Göztəpə – Gənclərbirliyi 4:0
Qol: Jul, 25. Ndiaye, 45. Akbunar, 45+1; 71.
Kayserispor – Başakşəhər 2:0
Qol: Alibek, 42; 77.
Trabzonspor – Konyaspor 3:1
Qol: Nvakaeme, 22. Flavio, 56. Djanini, 60 – Şengeliya, 88.
20 yanvar
Hatayspor – Yeni Malatyaspor 1:2
Qol: Bupendza, 87 – Z.Yavru, 53. A.Büyük, 77-pen.
Rizəspor – Qaziantep 3:0
Qol: Şkoda, 42; 56. Samu, 88-pen.
Qalatasaray – Dənizlispor 6:1
Qol: E.Akbaba, 9. Fequli, 17. Donk, 45+1. M.Özkal, 60-öz qapısına. Belhanda, 64. Sekidika, 90+2 – Tuşa, 48.
21 yanvar
Ərzurumspor – Alanyaspor 1:1
Qol: Bassan, 31 – Bakasetas, 58.
Fatih Karagümrük – Beşiktaş 1:4
Qol: Borini, 78-pen – Abubakar, 44. Mensah, 50; 70. Larin, 66.
Ankaragücü – Kasımpaşa 1:0
Qol: Floran, 16.
Sivasspor – Fənərbaxça 1:1
Qol: Yatabare, 18 – Valensia, 45+1-pen.