“Qarabağ”ın futbolçusu Mahir Emreli “Sabah”la matçda vurduğu qolu fərqli qeyd edib. O, sevincini üzərində şəhid Məhəmmədəli İbrahimlinin fotosu olan futbolkanı nümayiş etdirməklə paylaşıb.

Məhəmmədəli İbrahimli Ağdam klubunun sadiq azarkeşlərindən idi. “İmarət” fan-klubunun fəalı Vətən müharibəsində torpaqlarımızın azadlığı üçün canından keçib.

Shares: