Vətən müharibəsinin iştirakçıları böyük hörmətə layiqdi və bunu hiss edirlər. 44 günlük döyüşlərdə iştirak etmiş futbol hakimi Kamal Umudlu da diqqətdən kənar qalmayıb.

Bu gün “Səbail” – “Neftçi” matçının baş hakimi olan Kamal alqışlarla qarşılandı. O, oyunun əvvəlində hər iki komandanın futbolçularının yaratdığı Zəfər dəhlizindən keçdi.

Umudluya daha bir jest “Neftçi”nin baş məşqçisi Samir Abasovdan gəldi. O, matçdan sonrakı mətbuat konfransında hakim səhvlərinin olub-olmamasını belə şərh etdi: “Referiyə bu gün hər şey keçərli idi. O cür insanlara görə indi burada rahat danışa bilirik. Futbolçulara dedim ki, özünüz oyununuza baxın və analiz edin”.

Shares: