Türkiyənin “Rizəspor” klubunda koronavirusa yoluxanların sayı artıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə yanvarın 23-də “Başakşəhər”ə qarşı keçiriləcək Super Liqa matçı öncəsi klubun kollektivindən növbəti dəfə COVİD-19 testi götürüldüyü diqqətə çatdırılıb. Nəticədə 3 futbolçu və 3 klub işçisində koronavirus aşkarlanıb. Adları açıqlanmayan həmin şəxslərin hamısı karantinə alınıb.

Bununla da “Rizəspor”da koronavirus aşkarlanmış futbolçuların sayı 8-ə, klub işçilərinin sayı isə 7-yə çatıb.

Yeri gəlmiişkən, “Rizəspor” bir neçə gün öncə razılığa gəldiyi “Fatih Karagümrük”ün yarımmüdafiəçisi Erik Sabonun transferini rəsmiləşdirib. Belə ki, slovak futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

2019/20 mövsümündən “Fatih Karagümrük”də çıxış edən Sabo, Türkiyədəki ilk mövsümündə 34 oyuna çıxıb, 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı futbolçu bu mövsüm oynadığı 12 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Shares: