“Zədələnmişdim, oynamırdım. Baş məşqçi Yunis Hüseynov mənə heç nə bildirmədən başqasına demişdi ki, ona şans verməyəcəm. Bunu öyrəndim və ayrılmaq haqqında düşünməyə başladım” – bu sözləri futbolinfo.az saytına açıqlamasında “Keşlə”dən ayrılan özbəkistanlı futbolçu Şohrux Qadoyev deyib.
O, 3-4 ay maaş almadığını da bildirib: “Klubda problem maaşla bağlı idi. 3-4 ay idi ki, bütün futbolçular maaş almırdı. Bəlkə də bu, problem idi. Pandemiya vəziyyətini 1 ay başa düşmək olar. Hamımızın ailəsi var, heç kəsin də biznesi yoxdur. Sadəcə, klubdan maaş alırdıq. İki ay Bakıda qaldım ki, maaşımı alam. Gözlədim və pulumu alıb ayrıldım”.