İtaliyanın “Milan” klubunda koronavirusa yoluxmuş futbolçuların vəziyyətinə aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Koronavirusa yoluxan Ante Rebiç və Rade Kruniç sağalıb. Daha əvvəl koronavirus testi müsbət çıxan Teo Hernandes də sağlamdır. Belə ki, onun test nəticəsinin yanlışlıqla pozitiv nəticələndiyi müəyyənləşib.

Hər üç futbolçu komanda ilə birlikdə məşqlərə başlayacaq.

Shares: