“Real”ın İspaniya La Liqasının 1-ci turundan təxirə salınan “Xetafe” ilə oyununun yeni tarixi təsdiqlənib.
Futbolinfo.az xəbər verir ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi, fevralın 17-də yox, 9-da keçiriləcək.
Buna “Real”ın İspaniya kubokunda mübarizəni dayandırması səbəb olub. Qrafikində boşluq yarandığı üçün “Real”ın oyunu daha tez keçiriləcək.
“Real” İspaniya kubokunun 1/16 final mərhələsi çərçivəsində Sequnda B-də mübarizə aparan “Alkoyano”ya 1:2 hesabı ilə məğlub olub.