İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik karyerasını Fransada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, Marsel “Olimpik”i 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb.

Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Miliklə 2022-ci ilin yayınadək nəzərdə tutulan icarə müqaviləsi imzalanıb. Futbolçunun müqaviləsində transfer hüquqlarını satın almaq bəndi də var.

Shares: