İngiltərənin “Arsenal” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisi “Brayton”un qapıçısı Metyu Rayanı heyətinə qatıb.
Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. Avstraliyalı qolkiper bu mövsümün sonuna qədər icarəyə götürülüb. 28 yaşlı futbolçu yeni komandasında “33” nömrəli formanı geyinəcək.
Rayan daha öncə “Valensiya”, “Genk”, “Brügge” və “Sentral Koast” klublarında da çıxış edib.