“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri “Sumqayıt-2” ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1.
52-ci dəqiqədə meydan sahibləri hesabı açsa da, Əmrah Bayramov 87-ci dəqiqədə penalti zərbəsi ilə bərabərlik qolunu vurub.
Qeyd edək ki, yanvarın 11-dən təlim-məşq toplanışında olan “Neftçi-2” ayın 15-dəki ilk sınaq matçında “Keşlə-2” ilə qarşılaşmışdı (1:1). Əvəzedicilərin daha iki yoxlama oyunu keçirməsi planlaşdırılır.