Rasim Ramaldanov futbolçu karyerasını bitirmək qərarına gəlib. “Qəbələ”nin mərkəz müdafiəçisi ağır zədələrdən sonra özünə gələ bilmədiyindən ampluasını dəyişmək niyyətinə düşüb.

Uzun müddətdi meydan üzü görməyən Rasim məşqçiliyə başlayır. Hələlik oynayan-məşqçi kimi “Qəbələ”yə xidmət edəcək Ramaldanovun yayda Elmar Baxşıyevə daimi köməkçi olacağı gözlənilir.

Sabah 35 yaşını tamamlayacaq müdafiəçi “Simurq”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “Kolxeti-1913” (Gürcüstan) klublarında, həmçinin milli komandada oynayıb. 2017-ci ildən “Qəbələ”də çıxış edən futbolçu məhz zədələr üzündən burada uzun müddət forma geyməyib. Amma Rasimə daim sahib çıxan klub indi də onun məşqçiliyə başlamasına şərait yaradır.

Shares: