Futbol üzrə Yamayka yığmasının və Türkiyənin “Karabükspor” klubunun sabiq hücumçusu Luton Şelton vəfat edib.

Futbolinfo.az xəbər verir ki, keçmiş futbolçu 35 yaşında dünyasını dəyişib.

Şelton dağınıq skleroz xəstəliyi ilə mübarizə aparıb. O, üç il əvvəl danışıq qabiliyyətini və əzələ kütləsinin əhəmiyyətli hissəsini itirib.

Qeyd edək ki, Luton Şelton 2011-2013-cü illərdə “Karabükspor”un formasını geyinib. O, 2004-2013-cü illərdə Yamayka yığmasında 75 oyuna çıxıb və 35 qol vurub. Forvard Yamayka millisində ən çox qol vuran futbolçudur. Şelton Rusiyada “Volqa” (Nijni Novqorod), Danimarkada “Olborq”, Norveçdə “Valerenqa”, İngiltərədə “Şeffild Yunayted”, İsveçdə “Helsinqborq” klublarının da uğurları üçün çalışıb.

Shares: