Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunun “Keşlə” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” yubiley qələbəsinə imza atıb.

Futbolinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 2011-ci ildən çıxış etdiyi Premyer Liqada 75-ci dəfə meydanı 3 xalla tərk edib.

Bu, 286-cı oyuna təsadüf edib. Komandanın qələbə faizi 26,2-yə bərabərdir. “Sumqayıt” 10 il ərzində keçirdiyi bu matçlarda 75 heç-heçə edib və 136 dəfə uduzub.

Qeyd edək ki, sumqayıtlılar Premyer Liqada ilk qələbəsini 2011-ci il oktyabrın 30-da AZAL-la matçda qazanıb – 2:1.

Shares: