Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi 14-cü turun oyunları ilə başa çatdı.
Futbolinfo.az xəbər verir ki, bu matçlar həm də ikinci dövrənin son görüşləri oldu.
2021-ci ilin ilk turu ilə tamamlanan dövrədə 28 oyun baş tutub. Dövrəni məğlubiyyətsiz başa vuran “Qarabağ” 17 xalla hamını qabaqlayıb. “Neftçi” 14, ən az qol buraxan “Zirə” 12 xal toplayıb.
Çempionatın ikinci dövrəsinin ən uğursuz komandası “Keşlə” olub. Hesabat turunda bakılılara qalib gələn “Sumqayıt” ilk qələbə ilə son sıranı tərk edib.
1 | Qarabağ | 5 | 2 | 0 | 25-7 | 17 |
2 | Neftçi | 4 | 2 | 1 | 11-9 | 14 |
3 | Zirə | 3 | 3 | 1 | 10-6 | 12 |
4 | Qəbələ | 3 | 1 | 3 | 9-12 | 10 |
5 | Səbail | 2 | 2 | 3 | 8-10 | 8 |
6 | Sabah | 2 | 1 | 4 | 7-10 | 7 |
7 | Sumqayıt | 1 | 2 | 4 | 6-13 | 5 |
8 | Keşlə | 1 | 1 | 5 | 7-16 | 4 |