İtaliyanın “Roma” klubunun iki üzvündə koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb. Virusa yoluxanların adları və vəzifələri açıqlanmayıb.
“Roma” bu gün A Seriyasının 19-cu turu çərçivəsində “Spetsiya” ilə qarşılaşacq. Görüş saat 18:00-da start götürəcək.