“Keşlə”nin futbolçusu Azər Salahlı Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, yubiley 14-cü turun “Sumqayıt”la matçına (0:1) təsadüf edib.

Start heyətində yer alan müdafiəçi mövsümdə 14-cü, çempionatda 100-cü dəfə meydana çıxıb.

2013/14 mövsümündə indiki komandası “İnter” adlandığı vaxt debüt edən Azər üç klubun şərəfini qoruyub. “Keşlə”də 39 qarşılaşmada 1 dəfə fərqlənib. “Sumqayıt”dakı 55 matçda 2 qola sevinən futbolçu “Qarabağ”da 6 dəfə meydana çıxıb.

Qeyd edək ki, Salahlının debütü 2014-cü il mayın 17-də AZAL-la səfər matçında (3:1) gerçəkləşib.

Shares: