Futbol üzrə İtaliya A Seriyasında 19-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Son turda “Yuventus”u məğlub edən “İnter” bu dəfə “Udineze”nin qonağı olub və xal itkisi ilə üzləşib. “Roma” “Spetsiya”nı, “Fiorentina” “Krotone”ni məğlub yola salıb.

Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider “Milan” doğma meydanda son turlarda uğursuz çıxış edən “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

İtaliya A Seriyası
19-cu tur
22 yanvar

Benevento – Torino 2:2
Qol: Viola, 31-pen. Lapadula, 49 – Zaza, 51; 90+3.

23 yanvar

Roma – Spetsiya 4:3
Qol: Mayoral, 17; 52. Karsdrop, 55. Pelleqrini, 90+2 – Pikkoli, 24. Farias, 59.

Milan – Atalanta 0:3
Qol: Romero, 26. İliçiç, 53-pen. Sapata, 77.

Udineze – İnter 0:0

Fiorentina – Krotone 2:1
Qol: Bonaventura, 20. Vlahoviç, 32 – Simi, 66.

24 yanvar

15:30 Yuventus – Bolonya
18:00 Cenoa – Kalyari
18:00 Verona – Napoli
21:00 Latsio – Sassuolo
23:45 Parma – Sampdoriya

Shares: