Azərbaycanda koronavirus infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 228 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 601 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 361 min 552 test aparılıb. Bugünkü test sayı isə 7 079-dur.