Almaniyanın “Herta” klubu baş məşqçisi Bruno Labbadianı və idman direktoru Maykl Presi istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Ayrılığa komandanın uğursuz nəticələri səbəb göstərilib. Məsələ burasındadır ki, Berlin təmsilçisi 18 oyundan cəmi 17 xal toplaya bilib və 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Labbadia ötən ildən “Herta”nı çalışdırırdı. Pres isə 12 il idi idman direktoru vəzifəsində işləyirdi.