Futbol üzrə Almaniya Bundesliqasında 18-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
Son turda “Auqsburq”u minimal hesabla məğlub edən lider “Bavariya” bu dəfə autsayder “Şalke”ylə üz-üzə gəlib və dörd cavabsız qola sevinib. “Hoffenhaym” isə “Köln”ü darmadağın edib.
Almaniya Bundesliqası
18-ci tur
22 yanvar
Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund) 4:2
Qol: Elvedi, 11; 32. Bensebaini, 49. Turam, 78 – Haland, 22; 28
23 yanvar
Frayburq – Ştutqart 2:1
Qol: Demiroviç, 14. Yonq, 37 – Vamanqituka, 7.
Maynts – Leyptsiq 3:2
Qol: Niaxate, 24; 35. Barreyro, 50 – Adams, 15. Halştenberq, 30
Bayer – Volfsburq 0:1
Qol: Baku, 35.
Auqsburq – Union Berlin 2:1
Qol: Nyederlexner, 17; 47 – İnqvartsen, 25.
Arminiya – Ayntraxt 1:5
Qol: Kordova, 36 – A.Silva, 25; 33. Kostiç, 27. Nilsson, 51-öz qapısına. Yoviç, 75.
Herta – Verder 1:4
Qol: Kordoba, 45+2 – Selke, 10-pen. Ö.Toprak, 29. Bittenkur, 57. Sargent, 77.
24 yanvar
Şalke – Bavariya 0:4
Qol: Müller, 33; 88. Levandovski, 54. Alaba, 90.
Hoffenhaym – Köln 3:0
Qol: Kramariç, 7; 75. Baumqatner, 28.